Londonda kimyəvi maddə ilə zəhərlənmiş rus casus Serqey Skripalın qızı Yuliya Skripal gözlərini açdıqdan sonra ilk dəfə danışıb.
Teleqraf.com xəbər verir ki, Yuliya Skripal hər şeyin yaxşı olduğunu deyib:
“Bir həftə öncə ayıldım. Səhhətim hər gün yaxşılaşır. Baş verənlərlə bağlı yaddaşım çox dumanlıdır'', deyə Yuliya bildirib.
Qeyd edək ki, martın əvvəlində Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.