10 Aprel 2018 14:01
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas beynəlxalq oyunçuların, xüsusilə ABŞ və Avropa İttifaqının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesini təmin etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmasının vaxtı çatıb.

Bunu “Washington Times” qəzetində dərc olunan “Niyə Azərbaycan Qərb üçün əhəmiyyət kəsb edir” adlı məqaləsində Avropa Siyasət Təhlili Mərkəzinin (Vaşinqton) böyük elmi işçisi Yanuş Buqayski yazıb.

O bildirib ki, münaqişənin həll olunması və Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı iyirmi beş ildir ki, davam edən beynəlxalq vasitəçilik uğur əldə etməyib:

“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan dörd qətnaməsi icra olunmamış qalır”.

Y.Buqayski hesab edir ki, Bakının əsas hədəfi müstəqilliyin və regional sabitliyin qorunmasıdır.

Müəllifin sözlərinə görə, 1991-ci ildə müstəqillik əldə etdikdən etibarən Azərbaycan bir neçə region arasında körpüyə, eləcə də Avropa, Rusiya, Mərkəzi Asiya, Yaxın Şərq və ABŞ üçün vacib enerji və nəqliyyat qovşağına çevrilib.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətini vurğulayan Y.Buqayski yazır ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən sonra ölkə öz neftini məhz Qərbə ixrac etməyə başladı. Gələn il Azərbaycan “Cənub Qaz Dəhlizi”nin işə düşməsindən sonra ilk dəfə Avropaya təbii qaz tədarükünə başlayacaq. Bu amil Avropa üçün qaz mənbələrinin diversifikasiyalaşdırılmasına mühüm töhfə verəcək./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər