11 Aprel 2018 08:21
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saatlarda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirir.

Teleqraf.com xəbər verir ki, komissiya sədri 1000 seçki məntəqəsində veb-kameraların artıq internetə qoşulduğunu bildirib: ”MSK-nın saytına daxil olmaqla məntəqədəki proseslər tam başa şatanadək bütün məsələləri onlayn rejimdə müşahidə etmək olacaq. Veb-kameralar bütün ölkə coğrafiyasını əhatə edir. Əgər hansısa trafik yaransa o zaman sürət artırılır. Bu gün MSK-nın və qurumun digər saytlarına daxil olmaq adi günlərdəkindən daha asan olacaq”.

MSK sədri seçkini 11 siyasi partiyanın müşahidəçilərinin, habelə beynəlxalq müşahidəçilərin izləyəcəyini vurğulayıb: “59 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Onların 2 minə yaxını MSK-da, qalanları dairələrdə qeydiyyatdan keçib. Onların ölkə üzrə məntəqələrə böldükdə hər məntəqəyə 10 müşahidəçinin düşdüyünü deyə bilərik. Seçkini izləyənlərdən 100-ə yaxını 60-dan artıq nüfuzlu beynəxalq təşkilatların nümayəndələridir. Bu, seçkinin şəffaf, ədalətli və aşkar keçirilməsi üçün atılmış çox ciddi addımdır”.

MSK sədri əlavə edib ki, seçkini 51 xarici ölkəni təmsil edən çox nüfuzlu KİV-lərin 118 jurnalisti də izləyəcək: “Hesab edirəm ki, həm Azərbaycan, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında heç bir problem olmayacaq. Seçkiyə həm Azərbaycan daxilində, həm də xarici qurumların böyük marağı var”.

Məzahir Pənahov Azərbaycan xalqının məntəqələrə gəlib öz ölkəsinin gələcəyinə, taleyinə marağını göstərməli olduğunun vurğulayıb: “Azərbaycan xalqı da bu gün seçki məntəqələrinə gəlib səsvermədə fəal iştirak etməlidir. İstənilən ölkənin ölkənin həyatında prezident seçkiləri müstəsna əhəmiyyət kəsb edən məsələdir. Bu, Azərbaycanda da belədir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər