Azərbaycan Respublikasının Baş naziri Artur Rəsi-zadə bu gün keçirilən prezident seçkilərində öz səsvermə hüququndan istifadə edib.
Teleqraf.com xəbər verir ki, baş nazir səsverməsinin başlandığı səhər saatlarında 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə gələrək səs verib.
Məntəqədə 1585 seçici qeydiyyatdan keçib.
Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyir.