Azərbaycanda seçkilər qaydalara uyğun şəkildə aparılır.
Teleqraf.com xəbər verir ki, bunu MDB üzrə beynəlxalq müşahidəçi Valeh Abbasov deyib.
O bildirib ki, seçkidə təşkilatçılıq düzgün şəkildə aparılır: "Hələ ki məntəqələrə baş çəkib, seçkinin gedişatını müşahidə edirik. Səhər saat 07:45-dən burdayıq. Əsasən qeydiyyatın aparılmasına nəzarət edirik".
Beynəlxalq müşahidəçi qeyd edib ki, seçki prosesini günün sonuna qədər izləyəcəklər: "Daha sonra müşahidələrimiz əsasında yekun qərar çıxaracağıq".