Baş nazirin müavini İsmət Abasov prezident seçkiləri üzrə səsvermədə iştirak edib.
O, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
İ.Abasov məntəqədən çıxan zaman deyib ki, seçki yüksək səviyyədə təşkil olunub: "Seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb. Vətəndaşlar sərbəst formada səsverə bilirlər"./Report/
***
10:45
Bas nazirin birinci muavini Yaqub Eyyubov səs verib.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı Seçki Məntəqəsində səsvermə hüququndan istifadə edən Y. Eyyubov hər şeyin yüksək səviyyədə təşkil olunduğunu deyib: "Müşahidəçilər qeyd aparırlar. Mən də oz səsimi verdim"./APA/