Seçkilər qanunauyğun şəkildə aparılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri səsvermə hüququndan istifadə edən millət vəkili Rasim Musəbəyov deyib.
O bildirib ki, seçkilər şəffaf şəkildə davam etdirilir, heç bir şikayət yoxdur:
"Burada müşahidəçilər var. Vətəndaşlar səsvermə hüququndan istifadə etmək üçün məntəqələrdə növbəyə dayanıblar. Mən də səsvermə hüququmdan istifadə edərək öz namizədimə səs verəcəm. Bütün məntəqələrdə, dairələrdə zəruri nizam-intizam qurulub, proseslər qaydalara uyğun şəkildə davam etdirilir".