11 Aprel 2018 11:21
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasına bu saatadək şikayət xarakterli heç bir məlumat daxil olmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında MSK Katibliyinin müdiri Rövzət Qasımov bildirib.

O qeyd edib ki, proses qanunvericiliyə uyğun olaraq davam etdirilir:

“Hələlik MSK-ya nə yazılı, nə də şifahi olaraq müşahidəçilər və jurnalistlər tərəfindən heç bir şikayət daxil olmayıb. Əgər belə bir müraciət daxil olarsa, araşdırıb tədbir görəcəyik”.

Qeyd edək ki, bu gün ölkə üzrə prezident seçkilərinin səsvermə mərhələsi keçirilir. Üç saatdan artıqdır ki, seçki məntəqələri qapılarını seçicilərin üzünə açıb. Səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 309 min 434 nəfərdir. Onlardan 50,78 faizini qadınlar, 49,22 faizi isə kişilər təşkil edir.

Səsvermə saat 19:00-da başa çatacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər