Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev səs verib.
Teleqraf.com-un 29 saylı Səbail Seçki Dairəsinin 25 saylı seçki məntəqəsində olan müxbiri xəbər verir ki, Aydın Əliyev ailə üzvləri ilə birlikdə 25 saylı seçki məntəqəsində səs verib.
Komitə sədri və ailə üzvləri seçki məntəqəsində növbədə gözləyiblər, daha sonra səsvermə hüququndan istifadə ediblər.