14 saylı Xəzər Seçki Dairəsinin 40 saylı Seçki Məntəqəsində 3 saylı istintaq təcridxanasında saxlanılan məhkumlar səs veriblər.
Teleqraf.com xəbər verir ki, 1000 məhkum səsvermə siyahlsında adı var. Məntəqədə seçkiləri müşahidəçilərdə izləyib. Məntəqənin sədri Şaddin Mustafayev bildirib ki, bu saata kimi 700 nəfər səs verib.
Sədrin sözlərinə görə, tam şəffaf şəkildə, seçki məcəlıəsinin tələblərinə uyğun səsvürmə keçirilir:
"Seçkilər tam aktiv şəlildə keçirilir. Hər bir seçici istədiyi namizdə öz səslərini verirlər, heç bir narazılıq yoxdur. Heç bir qayda pozuntusu qeydə alınmayıb".
Məhkum Yengibar Əfəndiyev bildirib ki, seçkilər tam şəffaf keçirili, heç kimə təzyiq edilmir. O deyib ki, istədiyimiz namizdə səs verik: "Bizə heç bir müdaxilə yoxdur. Rahat şəkildə məntəqəyə gəlirik. Vətəndaşlıq hüququmuzdan istifadə edərək, öz seçimimizi edirik".
Digər məhkum Ramiz Əsgərov da deyib ki, bu günki şəraitdən çox razıdırlar: "Gələcəyimizə səs verik, uğurlu olsun. Biz seçkinin mütəşəkkil və şəffaf keçirildiyinin şahidi oluruq. Biz məhkumlara da öz seçimizi etmək üçün şərait yaradılıb. Buna görə rəhbər şəxslərə təşəkkür edirik. Məhkum olsaq da, öz hüququmuzdan istifadə etməyə bizə şərait yaradılır".