Azərbaycandakı seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.
O, seçkilərin təşkilatçılığını yüksək qiymətləndirib:
“Bu, seçki prosesinin dəqiq təşkilatçılığıdır, bu, yaxşı təchiz olunmuş məntəqələrdir, bu maneə olmadan, açıq və şəffaf səs vermək imkanıdır. Nəhayət bu, beynəlxalq müşahidəçilərin işi üçün yaxşı şəraitin yaradılmasıdır”.