Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 36 saylı seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrinə jurnalistlərin buraxılmamaları, onlardan arayış istənilməsi məsələsinə münasibət bildirib.
Məzahir Pənahovun sözlərinə görə, bununla bağlı MSK-ya müraciət daxil olmayıb:
"Bu, qanuna zidd addımdır. Polisin və məntəqə sədrinin jurnalisti seçki məntəqəsinə buraxmamaq hüququ yoxdur"./Report/