ABŞ-ın Suriyaya hərbi müdaxilə planı çərçivəsində yunan Kiprində Böyük Britaniyanın iki hərbi bazasından biri olan Akrotiridə hərəkətlənmə müşahidə edilir.
Teleqraf.com xəbər verir ki, Limasol şəhərinə yaxın bir ərazidə yerləşən hərbi hava bazasında olan qırıcı təyyarələrin hər an Suriyaya zərbə endirmək hazırlığında olduğu da ortaya çıxıb.
Yunan Kiprdə olan qaynaqların dediyinə görə, hərbi baza gücləndirilmiş iş rejiminə keçib, habelə qırıcı təyyarələr “hazır ol” əmri alıb. Hazırda hərbi təyyarələrin əməliyyata başlamaq üçün gözlədiyi önə sürülür.
Adının çəkilməsini istəməyən diplomat deyib ki, yunan Kipri Orta Şərqdə vəziyyətin mənfi istiqamətdə inkişafı qayğılarını ABŞ-a çatdırıb. Əlavə edilib ki, yunan Kiprinin rəhbərliyi hər an başalaya biləcək Suriya əməliyyatı ilə bağlı olaraq ABŞ təmsilçiləri ilə daima ünsiyyət saxlayırlar.