11 Aprel 2018 17:57
1 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:38

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev səs verib.

Teleqraf.com xəbər verir ki, Ramiz Mehdiyev səsvermə hüququndan Bakının Səbail 29 saylı Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində istifadə edib.

Xatırladaq ki, bundan əvvəl Ramiz Mehdiyevin həyat yoldaşıqızı həmin məntəqədə səs veriblər.

***

Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər xaricə qaçanlar Azərbaycanı pisləyirlər.

Teleqraf.com-un məlumatına görə, PA rəhbəri Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə tanınır: "Bu insanların hərəkətləri yaxşı hal deyil. Hər halda Azərbaycan xalqına xas olan xüsusiyyət deyil... Ayrı-ayrı insanların mədəniyyəti, tərbiyəsi yerində olmadığı üçün belə faktlara əl atırlar".

Ramiz Mehdiyev qeyd edib ki, xaricdə olan bəzi vətəndaşlarımızın Azərbaycana qarşı çirkin kampaniya aparmasını çox pis qiymətləndirir: "Hesab edirəm ki, normal adam bu cür etməz. Çünki bir var, daxili müxalifət, bir də var, xaricə gedib ölkəmizə qara yaxırlar. Heç bir millətin nümayəndəsi bu yola düşmür. Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər xaricə qaçıb Azərbaycanı pisləyirlər".

***

Seçki prosesini yüksək qiymətləndirən Ramiz Mehdiyevin sözlərinə görə, artıq, 70 faiz seçici səs verib:

"Güman edirəm ki, bu seçkilər tarixi hadisə kimi yadda qalacaq. Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə olunub. Ölkəmiz beynəlxalq səviyyədə tanınıb. Azərbaycanda iqtisadi və sosial sahələrdə bir çox prloblemlər həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir".

Ramiz Mehdiyev qeyd edib ki, seçkilər şəffaf və demokratik keçir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər