11 Aprel 2018 19:00
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycada keçirilən prezident seçkilərinin səsvermə mərhələsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, saat 19:00-da seçki məntəqələri bağlı elan olunub.

Qeyd edək ki, seçkidə 8 namizəd mübarizə aparıb. Onlardan 6-nın namizədliyi siyasi partiyalar, 1-i təşəbbüs qrupu, digəri özü tərəfindən irəli sürüb.

Bunlar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial-Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğludur.

Ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 314 min 365 seçici var. Məntəqələrin 41-i ölkə hüdudlarından kənarda - Azərbaycanın xarici ölkələrdəki səfirlik vı baş konsulluqlarında yerləşir.


Müəllif: Səxavət

Oxşar xəbərlər