11 Aprel 2018 20:06
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Artur Filkenşteyn və Assosiasoya Şirkəti və Vətəndaşları Əmək Hüquqlarının Müdafiəsi liqası Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı keçirdikləri “exit-pol”un nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nəticələr barədə məlumat verən Vətəndaşları Əmək Hüquqlarının Müdafiəsi liqasın sədri Sabih Məmmədov bildirib ki, 40-dən artıq seçki dairəsi 200-ə yaxın seçki məntəqəsində müşahidələr keçirilib.

ABŞ-ın “Artur Filkenşteyn və Assosiasoya Şirkətinin nümayəndəsi Corc Birnbaum seçki məntəqələrı açılandan saat 17:00a qədər monitorinq keçirilib:

“14 min səs verən arasında keçirilən monitorinq ölkənin Naxçıvan Muxtar Respublikası və işğal altında olan torpaqları istisna olmaqla 8 iqtisadi regionda keçirilib”.

Aparılan "exit-poll"un nəticələrinə əsasən

İlham Əliyev (Yeni Azərbaycan Partiyası) 85.57 faiz

Qüdrət Həsənquliyev ( Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) 2.96 faiz

Zahid Oruc (müstəqil) 2.92 faiz

Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) 2.8 faiz

Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) 1.52 faiz

Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) 1.76 faiz

Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası)1.42 faiz

Razi Nurullayev (“Cəbhəçilərin təşəbbüs qrupu” ) 1.37 faiz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər