23:13
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, M.Pənahov hazırda 2667220 bülletenin sayıldığını bildirib.
İlkin nəticələrə görə, YAP-ın namizədi İlham Əliyev 86.09 faizlə liderlik edir
Digər namizədlər isə topladığı səslər isə belədir:
Qüdrət Həsənquliyev – 3,4 faiz
Sərdar Cəlaloğlu - 2,97 faiz
Zahid Oruc - 3, 07 faiz
Hafiz Hacıyev - 1,51 faiz
Araz Əlizadə - 1,4 faiz
Fərəc Quliyev - 1,18 faiz
Razi Nurullayev - 0, 74 faiz.
***
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
M.Pənahov 5641 məntəqənin artıq 5201-də nəticələrin hesablandığını bildirib. O qeyd edib ki, hazırda 3.723.278 bülleten sayılıb.
Nəticələr belədir:
İlham Əliyev (Yeni Azərbaycan Partiyası) - 86%
Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) – 1.39%
Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) -1.51%
Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) – 3.04%
Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) – 1.18%
Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) – 3.02%
Razi Nurullayev ("Cəbhəçilərin təşəbbüs qrupu") – o.75%
Zahid Oruc (müstəqil) – 3.11%
***
01:09
Səsvermə sakit, aram və Azərbaycan seçicilərinin konstitusional hüquqlarının reallaşdırılması üçün bütün standartlara cavab verən şəraitdə baş tutdu.
Bu sözləri MSK sədri Məzahir Pənahov seçkinin nəticələri barədə danışarkən deyib. Onun sözlərinə görə, seçki prosesində heç bir qarşıdurmaya yol verilməyib:
“Bu da seçki mədəniyyətinin yüksək olmasını göstərir. Baxmayaraq ki, seçkilərdə müstəqil namizəd, təşəbbüs qrupunun namizədi və 6 siyasi partiya iştirak etdi, bütün proseslər qanunun tələbinə uyğun keçirildi. Dairə və məntəqələr öz vəzifələrinin öhdəsindən gəliblər. Xarici müşahidəçilər də çox müsbət, bizim çəkdiyimiz əziyyətə layiq xarakteristika veriblər. Ümumilikdə gün ərzində ölkədə təhlükəsizliyin təmin olunması baxımından heç bir problem olmayıb. Azərbaycan polisi öz fəaliyyətini Seçki Məcəlləsinin normalarına uyğun apardığı üçün onlardan şikayət daxil olmayıb. KİV bizim, Azərbaycan xalqının etimadını doğrultdu, mütəmadi olaraq prosesləri tələblərə cavab verən səviyyədə işıqlandırdılar. Buna görə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz təşəkkürümü bildirirəm”.