12 Aprel 2018 09:37
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda seçkilər demokratik şəraitə uyğun keçirilib. Biz parlamentin adından yazılı şəkildə rəyimizi təqdim edəcəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanda prezident seçkilərini müşahidə etmiş Ruminayadan olan deputatlar səsləndirib.

Qrupun rəhbəri Ponta Viktor deyib ki, indiyə qədər Ruminiyada, habelə Avropanın əksər ölkələrində seçkilərdə monitorinq aparıblar:

“Onu deyə bilərəm ki, Azərbaycanda seçkilər Seçki Məcəlləsinə və demokratik prosedurlara uyğun olaraq azad və ədalətli keçirilib. Biz Bakıda bir neçə seçki məntəqəsində müşahidə aparmışıq. Seçkilər standartlara uyğundur, amma texnoloji yeniliklərdən hər zaman istifadə etmək lazımdır. Xüsusilə Şərqi Avropa ölkələrində buna ehtiyac var”.


Müəllif: Cavad

Oxşar xəbərlər