12 Aprel 2018 10:08
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 11-də keçirilən Prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə Ordumuzun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin Teleqraf.com-a verilən məlumata görə, müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək, ən layiqli namizədə səs verib.

General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər