Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətilə təbrik edirəm.
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Moldova Parlament sədrinin müavini, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Vitiuc Vladimir deyib.
O, sözlərinə belə davam edib: “Biz seçkidən əvvəl də seçki günü də məntəqələrə baş çəkdik. Seçkidə xalq üçün bərabər şərait mövcud idi. Burada gördüyümüz bir çox təcrübəni başqa ölkələrdə də tətbiq etmək olar. Hər şey yüksək səviyyədə idi. Demokratik və sərbəst seçki şəraiti var idi. Seçicilərə hər hansı bir kənar təsirin şahidi olmadıq. Onlar öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün fəallıq göstərirdilər”.