Bir seçicinin bir neçə nəfərin yerinə səs verməsi hallarına rast gəlmədik.
Teleqraf.com xəbər verir ki, Cənub-şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət Seçki Monitorinqi Qrupunun müşahidə nümayəndəsinin üzvü Vokşi Albana Azərbaycanda 11 apreldə keçirilən prezident seçkilərinin müşahidə yekunu ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, səfər etdikləri seçki məntəqələrində səsvermənin rahat şəkildə aparıldığını müşahidə ediblər: "Səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirildi. Bir seçicinin bir neçə nəfərin yerinə səs verməsi hallarına rast gəlmədik. Səsvermə prosesində məntəqələrin daxilində və ya yaxınlığında kənar şəxslərin və polislərin olmasını müşahidə etmədik".
Vokşi Albana qeyd edib ki, səsvermə şəffaf keçib:" Bütün protokollar müşahidəçilərin ilk tələbi ilə onlara göstərilmişdi. Seçkilər beynəlxalq standartlara uyğun olub. Qeyd edim ki, Azərbaycanda qadınların siyasətdə rolu güclüdür".