12 Aprel 2018 12:48
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirilirdi. Seçkilərin ilkin nəticələrinə əsasən, hazırkı Prezident İlham Əliyev inamlı qələbə qazandı.

Teleqraf.com xəbər verir ki, rusiyalı ekspert Mixail Baleyev Azərbaycanda keçirilən seçkiləri dəyərləndirib:

“Seçkilərdə yüksək seçici fəallığı müşahidə olundu. Seçicilərin 74,5 faizi səs verdi. Prosesi çox sayda yerli və xarici nümayəndələr müşahidə etdi. Nəticələrə əsasən, İlham Əliyev inamla qələbə qazandı. Düzdür, bəzi narazılıqlar və qayda pozuntuları ilə bağlı ittihamlar olacaq. Bu normaldır. Araşdırma aparılacaq və lazımı qərarlar qəbul ediləcək. Əvvəllər də bu kimi hallar olub”.

Baleyevin sözlərinə görə, əsas fakt ondan ibarətdir ki, İlham Əliyev rəqiblərini yüksək səs çoxluğu ilə geridə qoydu:

“İnsanlar hazırkı hökumətdən razı olduğu üçün yenidən İlham Əliyevə səs verdi”.

Ekspert Milli Şuranın seçkiləri boykot etməsinə də münasibət bildirib:

“Əsas diqqəti Milli Şuranın seçkiləri boykot etməsinə çəkmək istəyirəm. “Məhsul” stadionunda keçirilən aksiyalara 2-3 min insan toplaşırdı. Bu halda Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və Cəmil Həsənli kimi özlərini müxalifət liderləri adlandıran şəxslər boykotla bağlı necə qərar verə bilərdi? Bu absurddur. Bax, bu boykot qərarı da İlham Əliyevin səs faizlərinin yüksəlməsinə səbəb olan amillərdəndir”.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər