ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri Azərbaycanda 11 apreldə keçirilən prezident seçkilərində müşahidənin yekunu ilə bağlı mətbuat konfransı keçiriblər.
Teleqraf.com xəbər verir ki, konfransda ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı deputat Nilza de Sena bildirib ki, onlar Azərbaycan xalqının dostlarıdır: "Biz hər zaman Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. 11 aprel seçkiləri yaxşı hazırlanmışdı. Seçicilər öz imkanlarından normal şəkildə istifadə edə bilmişdi. Mərkəzi Seçki Komissiyasının da peşəkar işini qiymətləndirik".
AŞPA üzvü Viorel Bardea isə qeyd edib ki, seçkini qurumun 38 müşahidəçisi izləyib:" Hər bir millətin hüququ var ki, öz rəhbərini seçsin. Biz seçkilərin demokratik qaydalara uyğun olmasına nəzarət etdik. Azərbaycan demokratik dövlətlər sırasına daxildir. Ölkəyə insan haqlarının yaxşılaşdırılmasına dair işləri davam etdirməyi tövsiyə edirik".
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Koryen Yonker bildirib ki, Azərbaycan ATƏT-in üzvüdür və ölkənin üzərinə götürdüyü öhdəliklər var:" Bütün ATƏT DTİHB iştirakçı dövlətlərdə standart yoxlamalar aparır. Seçki müşahidə missiyamızseçkiləri izləyib. Bizim qiymətləndirməmiz bu gün səhərə kimi davam edib. Bu 2016-də-cı ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra ilk prezident seçkiləridir. Seçki adminstrasiyası yaxşı maliyyələşib və seçkiyə yaxşı hazırlaşıb".
Koryen Yonker qeyd edib ki, 350 müşahidəçi seçkiləri izləyib.