12 Aprel 2018 22:35
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan xalqı seçki günü, seçkidən sonra küçələrə çıxaraq öz iradəsini nümayiş etdirdi. Mən Qərb mətbuatında seçkilərin şəffaflığına kölgə salan yazılara rast gəlmədim. Əksər beynəlxalq təşkilatlar da seçkilərin azad və ədalətli keçdiyini təsdiqlədilər. Belə olan halda ATƏT-un bu cür qərəzli mövqe ortaya qoyması məni təəccübləndirdi".

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabata münasibət bildirərkən qeyd edib.

"Açığı, mən ATƏT-in seçkilərə yanaşmasından xeyli təəccübləndim. ATƏT-in məlum mövqeyi əksər beynəlxalq təşkilatların mövqelərilə daban-dabana ziddir. Sanki ATƏT nümayəndələri Azərbaycanda seçkiləri müşahidə etməyiblər. Hesbatda prezident seçkilərinə qarşı açıq-aydın qərəz hiss olunur", deyə A.Həsrət bildirib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan dövləti bundan sonra ATƏT-in seçki müşahidəçilərini Azərbaycana dəvət etmək məsələsinə yenidən baxmalıdır. Mənə elə gəlir ki, ATƏT-in hesabatı seçkidən daha öncə hazırlanıb. Mən uzun müddət ATƏT-in DTİHB ilə əməkdaşlıq etmişəm. Hətta mən Qazaxıstanda bu qurumun missiyası daxilində seçkiləri müşahidə etmişəm. Büronun rəhbər şəxsləri arasında ermənilərlə çox yaxşı əlaqələri olanlar var. Mən ATƏT-in bir sıra iclaslarında iştirak edirəm və onların Azərbaycanla bağlı mövqelərini sərt tənqid etmişəm. Ona görə də ATƏT məni seçki müşahidə missiyasinin tərkibinə daxil etmir. Yəni ATƏT belə bir təşkilatdır. Və onların Azərbaycandakı seçkilərlə bağlı qərəzli mövqe ortaya qoymasının səbəbi mənə aydındır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər