ABŞ və tərəfdarlarının Suriyanı bombalaması ölkədəki vəziyyətə o qədər də təsir etməyəcək. Rusiyanın bu məsələyə cavabı isə heç bir effekt verməyəcək.
Teleqraf.com-un məlumatına görə, bu sözləri “Valday” beynəlxalq müzakirə klubunun direktoru Fyodor Lukyanov deyib.
O bildirib ki, Rusiya və ABŞ arasında Suriyada toqquşmalar inandırıcı deyil:
“Əlbəttə, bu, Moskvanın hadisələri necə dəyərləndirməsindən asılıdır. Fikrimcə, birbaşa toqquşmalar olmayacaq”.
Ekspertin sözlərinə görə, ABŞ qarşısına müharibə məqsədi qoymayıb:
“Vəziyyətin nəzarətdən çıxmaması üçün hədəflər diqqətlə seçilib. Əgər hər hansı rus obyektinə zərər dəysə, vəziyyət pisləşə bilər. ABŞ-ın əsas məqsədi gücünü göstərməkdir”.
Lukyanov deyib ki, Böyük Britaniya və Fransanın əməliyyatlarda iştirakı Donald Tramp üçün bonus rolu oynayıb.