14 Aprel 2018 15:16
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Şimali Atlantika Şurası ABŞ, İngiltərə və Fransanın Suriyada Əsəd rejiminə qarşı həyata keçirdiyi raket hücumuna görə fövqəladə iclas keçirəcək.

NATO rəsmiləri Türkiyənin Anadolu Agentliyinə açıqlamasında bu gün nahardan sonra Brüsseldə NATO qərargahında toplanacaqlarını bildirib. Müttəfiqlərin görüşdə Əsəd rejiminə qarşı həyata keçirilən hücumları müzakirə edəcəkləri bildirilib.

Görüşdə İngiltərə, Fransa və ABŞ təmsilçiləri Suriyaya qarşı hücumla bağlı müttəfiqlərə məlumat verəcək.

NATO-nun Şimali Atlantika Şurası baş katib Jens Stoltenbergin sədrliyi ilə 29 üzv dövlətin daimi nümayəndələrinin iştirakı ilə toplanacaq. (Publika)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər