11 Avqust 2014 11:14
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnsan Haqları Təşkilatı bu barədə açıqlama verib

“Milliyet”-ə istinadən verilən xəbərə görə, İraq İnsan Haqları Təşkilatının sədri Məhəmməd əl-Sudani İŞİD terror təşkilatı barədə qan donduran açıqlama verib.

Məhəmməd əl-Sudani açıqlamasında bildirib ki, 500-dən çox yezidi kürdünü qətl edən İŞİD terrorçuları, onların bəzilərini diri-diri basdırıb. Bu barədə əllərində sübutlar olduğunu vurğulayıb. Öldürülənlər arasında qadınların, uşaqların olduğu və cəm halda basdırıldığını o əlavə edib.

Məhəmməd Sudani 300 qadının da İŞİD tərəfindən qaçırıldığını deyib.

Sincardan qaçmağa məcbur olan 30 minə yaxın yezidinin Suriyaya keçdiyi, oradan isə yenidən İraqa təhlükəsiz bölgəyə qayıtdıqları bildirilib.

/İslamazeri.az/


Müəllif:

Oxşar xəbərlər