11 Avqust 2014 12:32
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haitidə bir qrup silahlı şəxs paytaxt Port-o-Prens yaxınlığında 900-ə yaxın məhbusun saxlandığı həbsxanaya hücum edib. Silahlılar mühafizəçilərə hücum edərək, məhbusları azad ediblər

Azı 2 mühafizəçi güllə yarası alıb.

Qaçan məhbusların dəqiq sayı hələlik məlum deyil. Onların arasında təhlükəli cinayətkarların olduğu bildirilir. Məhbuslardan hələlik 10-u saxlanılıb.

Həmin həbsxana 2010-cu ildə Haitidə dağıdıcı zəlzələdən sonra Kanadadan gələn yardımın hesabına maliyyələşdirilirdi.

/anspress/


Müəllif:

Oxşar xəbərlər