11 Avqust 2014 13:12
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün həkimlərin məsləhəti ilə xəstəxanadan evə buraxıldım, indi özümü normal hiss edirəm”


Bunu xalq artisti, “Qaya” qrupunun bədii rəhbəri Rauf Babayev deyib.

O bildirib ki, bundan sonra müalicəsi evdə davam edəcək: “Deyə bilmərəm ki, tam yaxşıyam, amma hər halda, əvvəlki vaxtlara nisbətən səhhətimdə irəliləyiş var. Həkimlər on günlük evdə müalicə üçün iynə-dərman yazıblar, kurs başa çatandan sonra yenidən müayinə üçün xəstəxanaya gedə bilərəm. Allah eləsin, dərmanlar yaxşı təsir etsin, bir də xəstəxanaya qayıtmayım”.


Qeyd edək ki, xalq artisti R. Babayev avqustun 8-də beyin qan dövranının pozğunluğu ilə əlaqədar Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilmişdi.

/APA/


Müəllif:

Oxşar xəbərlər