20 Aprel 2018 17:34
2 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki tələbənin zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) mediadan çoxsaylı zənglər gəlir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında DİN mətbuat xidməti rəisinin müavini, polis polkovnik-leytenantı Orxan Mansurzadə deyib.

Onun sözlərinə görə, araşdırma aparılır: “Müvafiq məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda tələbələri, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ovlayan” falçının peyda olması barədə məlumat yayılıb. Məlumata görə, qızları yuxuya verərək bakirəliklərini pozublar. Özlərini təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

Qızlar mətbuatda çıxış edərək 102-ə məlumat verdiklərini söyləyiblər.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər