Madrid prinsipləri Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı missiyanın həyata keçirilməsini nəzərdə tutur, lakin indiki mərhələdə bu, danışıqların mövzusu olmayıb
Bunu Ermənistan Prezidenti Serj Sarkisyan "Armnyus" telekanalına müsahibəsində deyib.
Son günlər sülhməramlı qüvvələrin mümkün dislokasiyası haqqında danışıqların fəallaşması ilə bağlı suala cavab verən S. Sarkisyan qeyd edib: "Mən bu barədə ilk dəfə eşidirəm. Bəli, Madrid prinsipləri Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı missiyanın həyata keçirilməsini nəzərdə tutur, lakin indiki mərhələdə bu, danışıqların mövzusu olmayıb".
Onun sözlərinə əsasən, Kazan sənədində bu müddəa var, lakin sülhməramlı qüvvələrin tərkibi və səlahiyyəti Böyük saziş yolu ilə müəyyənləşəcək: "Saziş bu sənədin imzalanmasından sonra razılaşdırılacaq".
Ermənistan Prezidenti vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə əsasən ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olur, lakin 3 ölkənin prezidenti vaxtaşırı problemin nizamlanmasına vaxt ayırır.
Avqustun 10-da baş tutan prezidentlərin ütərəfli görüşünə toxunan S.Sarkisyan bildirib ki, Rusiya Prezidenti tərəflərin münaqişəni həll etmək istəklərini və gözləntilərini öyrənmək istəyib.
/trend/