Belçikanın 3 şirkəti hökumətin dəstəyi ilə Suriya rejiminə kimyəvi məmulatlar satıb.
Axar.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
Bildirilib ki, İngiltərənin “Bellinqçat” Tədqiqatlar qrupu və Almaniyanın “Suriya arxivi” adlı QHT-si Belçikanın 2013-cü ildən bəri Suriyaya izoproponal maddəsi ixrac etdiyini üzə çıxarıb.
Belə ki, 2014 və 2016-cı illərdə 168 ton izoproponal Suriyaya göndərilib.
Bu maddənin sarin qazının hazırlanmasında xüsusi rol oynadığı qeyd edilib.
Sözügedən illərdə bu zəhərli maddənin gömrüdən rahat şəkildə, heç bir maneə olmadan keçirildiyi vurğulanıb.