11 Avqust 2014 14:32
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk şəhərində ciddi rejimli cəzaçəkmə müəssisəsinin artilleriya atəşinə tutulmasından sonra 100-dən məhbus qaçıb


Ötən gecə Donetskin Kirov rayonunda yerləşən cəzaçəkmə müəssisəsinə düşən mərmilər 1 məhbusun həyatına son qoyub, 18-i isə yaralayıb.


Bundan başqa, müəssisənin bir neçə binası, yarımstansiya və qərargah zərər görüb.


Yaranmış qarışıqlıqdan sonra məhbuslar qiyam qaldırıb və 106 məhbus cəzaçəkmə müəssisəsini tərk edib.


Məlumatda o da qeyd olunub ki, ötən gecə Ukrayna Ordusunun şəhəri mərmi atəşinə tutması nəticəsində 150-dən çox yarımstansiya sıradan çıxıb, Donetskin böyük hissəsi işıqsız qalıb.

/APA/


Müəllif: