22 Aprel 2018 23:00
3 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəziyyəti mürəkkəbləşən Serj Sərkisyanın “Qarabağ kartını” ortaya atır. Sərkisyanın bu oyununa Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da doşulub. Bako Saakyan özü də açıqlama verərək Ermənistandakı xaosun Dağlıq Qarabağ üçün mənfi nəticələri ola biləciyi barədə xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, pilitoloq Elxan Şahinoğlu bildirib.

Siyasi şərhçi qeyd edib ki, Sarkisyan Qarabağa görə baş nazir kreslosuna əyləşdiyini və əgər Ermənistanda vəziyyət gərginləşsə, Azərbaycan ordusunun hücuma keçəcəyini deyib: “Əvvəlcə separatçılar görüntülər yayıblar ki, guya Azərbaycan ordusunun tankları və zirehli texnikası təmas xəttinə yaxınlaşıblar. Biz bu deyinlərlərin yalan olduğunu iddia etmirik. Bəli, ordumuz həmişəki kimi hazır vəziyyətdədir, hərbi texnikamız da həmişəki kimi hərəkətdədir, dislokasiya yerini daima dəyişir, üstəgəl niyə gizlədək işğalçı dövlətdə başlanan qovğanı maraqla izləyirik. Biz Ermənistanda bu ölkədə doğulan siyasətçinin hakimiyyətə gəlməsini istəyirik ki, həmin siyasətçi Köçəryan-Sərkisyan cütlüyünün Ermənistanı 20 illik girovluğuna son qoysun və bizimlə normal danışıqlara başlasın”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər