Müxalifətin Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında toplantısı başlayıb.
Teleqraf.com-un məlumatına görə, tədbir hüquq müdafiəçilərinin həbsinə həsr olunur. Toplantıda KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, istiqlalçı deputat Hacıbab Əzimov, Milli Şura üzvü Mehriban Vəzir iştirak edir. Lakin tədbirə AXCP sədri Əli Kərimli və “El” Hərəkatının sədri Eldar Namazov qatılmayıb.
Qeyd edək ki, Mirhammud Mirəlioğlu Müsavat başqanı İsa Qəmbərlə dünən müzakirələr aparıb və qərara alınıb ki, bu gün görüş təşkil edilsin.
Xatırladaq ki, İ.Qəmbər Milli Şura ilə yolunu ayırandan sonra AXCP Müsavatın təşəbbüsü ilə keçirilən heç bir iclasda iştirak etmir.
Cavidan