27 Aprel 2018 15:46
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Səfir Türkiyədə olmadığından Nazirliyə Almaniyanın müvəqqəti işlər vəkili gedib.

Türkiyə XİN-də almaniyalı diplomata terrorçu PKK-nın Suriyadakı qolu YPG-nin Almaniyadakı fəaliyyətindən narazılıq ifadə olunaraq ölkəsinin rəhbərliyinə çatdırmaq üçün etiraz notası təqdim edilib.

Almaniyada çıxan “Şpigel” bildirib ki, Mart Erdmann 2,5 ildir Türkiyədə fəaliyyət göstərir. O bu müddət ərzində 21 dəfə Türkiyə XİN-ə çağrılaraq nota təqdim olunub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər