Ermənistanın atəşkəs pozması nəticəsində yaralanan əsgərlər müalicə üçün Türkiyəyə göndərilib
Türkiyədə müalicə olunan əsgərləri Azərbaycanın əməkdar artisti, tanınmış muğənni Azərin ziyarət edib.
Bu barədə müğənni melumat-merkezi.com-a məlumat verdi. Azerin xanım sözlərinə görə, o bu gün Azərbaycandan müalicə olunmaq üçün Türkiyəyə gətirilən əsgərləri ziyarət edib: “19 yaşlı Sərxan Tahirovla görüşə bildim. Onun mətinliyi, qürürlü olmağı hər kəsi valeh edirdi. 19 yaşlı gənc sağaldıqdan sonra Qarabağa yenidən gedəcəyini mənə dedi. Mən vətənimin belə igid oğulları ilə fəxr edirəm. İgid əsgərlərimiz var olduqca Azərbaycan torpağı var olacaqdır. Mən Sərxanın anası və atasının əlindən öpürəm. Allah onların canını sağ etsin”.
Azerin xanım onu da əlavə etdi ki, müalicə olunan digər əsgərlərlə görüşə bilməyib. Həmin əsgərlər hazırda reanimasiyadadır: “İnşallah cümə günü digər əsgərləri də görəcəm. Allah onlara şəfa versin”.
Sevilən müğənni yaralı əsgərlərə mənəvi cəhətdən dəstək olmaq üçün onları ziyarət edib.
/melumatmerkezi/