12 Avqust 2014 10:59
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avropa Birliyi naziri Mövlud Çavuşoğlu Azərbaycandan və Qəzzadan müalicə məqsədilə Türkiyəyə gətirilmiş yaralıları ziyarət edib

Nazir Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan yaralıları bir-bir ziyarət edib, vəziyyətləri ilə maraqlanıb.


M. Çavuşoğlu Qəzzadan gələn yaralılarla görüşdə onlara dəstək nümayiş etdirib: “İsrail dərhal bu zülmü bitirməlidir”.


Azərbaycanlı əsgərləri ziyarət edərkən M. Çavuşoğlu “Bir millət, iki dövlət” deyiminə diqqət çəkərək Türkiyənin Azərbaycanın yanında olduğunu dilə gətirib: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını geri almaq üçün hər cür siyasi və hərbi mübarizə haqqına malikdir”.

/apa/


Müəllif:

Oxşar xəbərlər