12 Avqust 2014 11:33
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-2015-ci tədris ili üçün rezidenturaya qəbul olunanlar avqustun 15-dək Səhiyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Teleqraf.com-a verilən məlumata görə, qeydiyyatdan keçmək üçün iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti tələb olunur.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.


Müəllif:

Oxşar xəbərlər