12 Avqust 2014 14:49
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbuldakı Atatürk Hava Limanında turistlərdən birində Ebola virusu aşkar edilib.

Bu barədə Türkiyənin "Hürriyyət" qəzeti xəbər yayıb.

Qeyd edək ki, xəstə Nigeriya vətəndaşı olub.

Məlumata görə, hava yolu ilə Nigeriyadan Türkiyəyə gələn bütün sərnişinlər tibb müəssisələrinə çatdırılıblar.

Qeyd edək ki, Afrikanın qərbində yayılan Ebola virusundan indiyədək yüzlərlə insan dünyasını dəyişib. Tər, qan, tüpürcək yolu ilə yayılan bu virusa yoluxanların müalicəsi mümkünsüzdür. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.

Qərbi Avropada Ebola virusundan ölənlərin sayı 1013 nəfər çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.

/trend/


Müəllif:

Oxşar xəbərlər