Türkiyənin Zonquldağ vilayətində kömür şaxtası uçub
"TRT Haber" telekanalına istinadən xəbər verilir ki, ilkin məlumatlara əsasən, uçqundan sonra 10 nəfər dağıntılar altında qalıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Türkiyə tarixində ən iri şaxta qəzası 1992-ci ildə Zonquldağ vilayətində baş verib. Həmin vaxt qəza nəticəsində 263 nəfər ölmüşdü.
/trend/