12 Avqust 2014 17:00
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun, eləcə də AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının innovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisində aşkarlanmış qızıl yataqlarına səfər ediblər

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatından Teleqraf.com-a daxil olan xəbərə görə, 80 ton qızıl, 250 ton gümüş ehtiyatı hesablanmış ərazidə aparılmış tədqiqatlarda məqsəd təbii resursların tədqiqi və test nümunələrinin aparılması üçün araşdırmaların genişləndirilməsi olub.

Səfər zamanı yataqlardan nümunələr götürülüb, istismar işlərinin gedişatı ilə tanışlıq aparılıb, əraziyə baxış keçirilib və növbəti addımlar müzakirə edilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər