Rejissor Rövşən Almuradlı kəskin ürək ağrıları ilə Sumqayıtdakı 2 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib
Rejissorun oğlu K. Almuradlının verdiyi məlumata görə, rejissorun vəziyyəti hələlik ağır-stabil olaraq qiymətləndirilir: “Dünən ürəyində qəfil kəskin ağrılar yaranıb. Həkimlər məsləhət görüblər ki, xəstəxanada müalicə alsın. Çünki hər an infarkta çevrilə bilər, ona görə intensiv müalicə almalıdır. Xəstəliyi hazırda ağır işemiya kimi qiymətləndirilir”.
Oğlu əlavə edib ki, R. Almuradlı ilkin mərhələdə xəstəxanada bir həftə müalicə almalıdır.
/APA/