16 May 2018 19:46
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

50 mindən çox azərbaycanlı “qrin-kart”​ lotereyasında iştirak edib.

Teleqraf.com xəbər verir ki, nəticələr mayın 15-də elan olunub.

Hazırda qaliblərin sayının müəyyən edilməsi üçün hesablamalar aparılır.

“Greencard.az” (“United States Permanent Resident Card”ın Azərbaycandakı rəsmi nümayəndəsi) şirkətinin mütəxəssisi Röyal Cəfərovun sözlərinə görə, nəticələrin yoxlanılması müəyyən qədər vaxt çəkəcək.

Qeyd edək ki, hər il Azərbaycandan 500 nəfərı yaxın şəxs “qrin-kart”ın qalibi olur.

“Bu il, bu göstəricinin 700-800 nəfərə qalxacağını gözləyirik. Həmişə olduğu kimi bu il də müraciət edənlərin böyük əksəriyyətini 18-24 yaşlarında olan subay gənclər təşkil edib”, - deyə Cəfərov bildirib.

Qeyd edək ki, “qrin-kart”ın qalibi vətəndaşlığını itirmədən ABŞ-da daimi yaşamaq, işləmək və təhsil almaq icazəsi alır.


Müəllif: Teleqraf.com