17 May 2018 16:12
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaləddin İsgəndərov vəzifədən azad olunması ilə bağlı məlumata aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, o, Musavat.com-a açıqlamasında xəbəri təsdiqləyib.

“Xəbər düzdür. Yığışıb gedirəm evə. Heç bir vəzifəyə təyinat almamışam. Artıq işsizəm”, - X.İsgəndərov deyib.

***

16:05

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.

X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Bu gün X.İsgəndərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamının yayılacağı gözlənilir.

Qeyd edək ki, Xaləddin İsgəndərov sabiq vergilər naziri Fazil Məmmədovun qudasıdır. O, 2012-ci ildən bu vəzifəni tuturdu. (axar)


Müəllif: Teleqraf.com