18 May 2018 12:29
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Azərbaycana qarşı ilk sanksiya deyil. Bundan əvvəl bir dəfə də sanksiya olmuşdu.

Teleqraf.com xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidova qarşı Avropa Şurası Parlament Assambleyasında tətbiq edilən sanksiyaya münasibət bildirərkən deyib.

Spiker bu sanksiyaların mətbuatda çox işıqlandırlmasına da etiraz edib: “Bu gün "vətənpərvərlər" Səməd Seyidova qarşı tətbiq edilən sanksiyaları əllərində bayraq ediblər. Nə baş verir? Ədalətsiz bir qərar. Bir neçə il əvvəl AŞPA-nın daimi iclası burada keçiriləndən sonra iki il Azərbaycanda heç bir tədbir keçirilməməsi ilə bağlı sanskiya qəbul etdilər. Keçirmədik. Lakin bir il sonra özləri peşiman oldular. Alt komitənin iclası burada keçirilməli idi, maddi imkanları da yox idi, bizə təklif etdilər ki, iclaslar Azərbaycanda keçirilsin. Razı olmadım. Dedim yox, bizə qarşı sanksiya var. İki il sonra iclası Azərbaycanda keçirdilər”.

Spiker onu da vurğulayıb ki, S.Seyidov bundan sonra da AŞPA-da fəaliyyətini davam etdirəcək:

“Səməd Seyidova qarşı tətbiq edilən ədalətsiz sanksiyalara gəldikdə, ona seçki orqanlarına seçilmək imkanı verilməyəcək, heç seçilmək də istəmir. Başqa ölkələrdə seçkiləri müşahidə edə bilməyəcək. Etməsin. Burada nə var? Səməd Seyidov bizim nümayəndə heyətinin rəhbəridir, parlamentin komitə sədridir. Bundan sonra da fəaliyətini davam etdirəcək”.


Müəllif: Teleqraf.com