Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət sabah dəfn olunacaq
Mərhumun ailəsindən verilən məlumata görə, hazırda vida mərasimi və dəfn məsələsi ilə bağlı danışıqlar aparılır: “Bakıda, yaxud Təbrizdə dəfn olunacağı hələlik dəqiqləşməyib. Vida mərasimi sabah ya Elmlər Akademiyasında, ya da Əlyazmalar İnstitutunda keçiriləcək. Dəfn və vida mərasimi dövlət səviyyəsində təşkil olunacaq. Bu gün günortadan sonra hər şeyi dəqiqləşdirib məlumat verəcəyik”.
Qeyd edək ki, Cavad Heyət avqustun 12-də dünyasını dəyişib. O, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. C. Heyət pnevmoniya diaqnozu ilə müalicə olunurdu.
/APA/