13 Avqust 2014 13:47
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının təlimləri başlayıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com verilən məlumata görə, təlimlər müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən həyata keçirilir.

Təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcək.

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcək.


Müəllif: