1 İyun 2018 00:20
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın 31-də axşam parlamentin önunə gələrək aksiya iştirakçılarına muraciət etmək istəyib.

Etirazçılar baş naziri tribunaya buraxmayıblar.

Baş nazir mitinqi tərk edib.

Gürcüstanda parlamentin önünə yığışan 2000 nəfərdən çox adam hökumətin istefasını tələb edir.

Aksiyaya səbəb 2017-ci il dekabrın 1-də Tbilisinin Xorava küçəsində 51 nömrəli məktəbin iki şagirdinin bıçaqlanaraq qətlə yetirilmələri olub.

Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını təqsirkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib. Parlament işin yenidən araşdırılması üçün xüsusi komissiya yaradıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər