4 İyun 2018 19:39
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlı kinematoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu və Dağlıq Qarabağ münaqişəsi barədə daha çox erməni mövqeyini ifadə edən “Qafqaz üçlüyü” filmi mətbuatda, sosial şəbəkələrdə tənqid olunur.

Aparılan müzakirələrdə qaçqınları, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, eləcə də kino xadimləri, elm və sənət adamları Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş rəsmi titul və adlarının geri alınması tələblərini səsləndirirlər.

Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqe onun sovet dövründən üzü bəri kinossenarilərinin çoxunda özünü büruzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, artıq qaçqın təşkilatları, ziyalılar, QHT nümayəndələri və s. Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Xatırladaq ki, R. İbrahimbəyovun ssenaristi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlıların təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ssenari müəllifi bu filmdə xalqın milli mənafeyini ayaqlar altına alaraq erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanıtmağa çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər